Ukraynaya görə Səudiyyəyə gedir

1 Avqust 2023 07:20

Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna üzrə sülh danışıqlarında iştirak edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı danışıqlar avqustun 5 və 6-da Ciddədə keçiriləcək. Danışıqlara 30-a yaxın ölkənin nümayəndəsi dəvət olunub, lakin Rusiya onların arasında yoxdur.

Milli.Az