Rusiyada havayla əlaqədar 11 nəfər öldü

31 İyul 2023 23:48

Rusiyada əlverişsiz hava şəraiti səbəbindən 11 nəfər dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həftəsonu ölkənin 17 rayonunda əlverişsiz hava şəraiti nəticəsində 11 nəfər həyatını itirib.

Buna səbəb kimi Rusiyanın 17 bölgəsində yağan güclü yağış və külək göstərilib.

Milli.Az