Növbəti dəfə İsveçdə Quran yandırıldı

31 İyul 2023 17:36

Ötən həftə İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika yanındakı Salvan Najem adlı şəxslə yenidən təxribat törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təxribatçılar bu dəfə müqəddəs kitabı İsveç parlamentinin həyətində yerə ataraq tapdaladıqdan sonra yandırıblar.

Xatırladaq ki, bundan əvvəl İsveçdə İraq səfirliyinin qarşısında Qurani Kərim yandırılıb. Bu hərəkət bir çox müsəlman ölkələrində, o cümlədən İraqda hiddət doğurub, həmçinin digər qeyri-müsəlman dövlətlər tərəfindən pislənib.

Milli.Az