Bədii gimnastımız Yay Universiadasında daha bir medal qazanıb

31 İyul 2023 14:48

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gürzlər ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.

Milli.Az bu barədə Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir.

Xatırladaq ki, gimnastımız bundan öncə halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanmışdı.

Milli.Az