"İki nəfər münasibəti davam etdirmirsə..." - FOTO

1 Avqust 2023 01:30

"Mən heç kimlə küsülü və davalı deyiləm. Problemim də yoxdur. İki nəfər münasibəti davam etdirmirsə, bu, hansısa tərəfi pis insan etmir. Çox yaxşı insan ola bilərlər, amma bir-biri ilə yola getmirlər".

Milli.Az olay-a istinadən bildriir ki, bu sözləri bloger Elmira Namazova "İnstagram"da izləyicisinin sualını cavablayan zaman yazıb. 

O, sözlərinin dostluq, sevgili və ailə üçün də keçərli olduğunu bildirib: "Sadəcə zamanla fikirlərimizin uyuşmadığı, bir-birimizin sözlərini səhv anladığımız insanlar ola bilər.  Onda da mədənicə sağollaşıb, məsafə saxlayırıq. Amma haradasa görəndə də salamlaşırıq. Lazım gəlsə, dəstək olmağa da hazırıq". 

Milli.Az