Ərdoğanın Ceyhun Bayramovla müzakirə etdiyi məsələlər məlum oldu - FOTO

31 İyul 2023 17:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

R.T.Ərdoğan və C.Bayramov, həmçinin, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

Milli.Az