Yaponiyada yüzlərlə aviareys təxirə salınıb

31 İyul 2023 09:11

Yaponiya aviaşirkətləri yaxınlaşan "Kanun" tufanına görə 264 daxili aviareysi təxirə salıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yapon aviaşirkətlərinin yaydığı məlumatlarada bildirilib.

Uçuş cədvəlində dəyişikliklər əsasən turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyusu adasındakı Kaqosimadan keçən marşrutlara təsir göstərib.

Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Güclü yağış da gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.

Milli.Az