Sloveniyada möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə döndü

31 İyul 2023 08:07

Cari ilin 25-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 3 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.

Milli.Az