Ticarət mərkəzində atışma: 5 nəfər yaralandı

31 İyul 2023 07:52

ABŞ-ın Miçiqan ştatındakı ticarət mərkəzinin dayanacağında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, yarlıların yaşı 16-26 arasında olub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn polis əməkdaşları bir qrup şübhəli şəxsi saxlayıb və onlardan odlu silahlar götürülüb.

Milli.Az