ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

31 İyul 2023 07:08

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarəni endirmək istəyərkən baş verən qəza nəticəsində pilot və iki sərnişin həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Qeyd olunub ki, təyyarə havaya qalxarkən anqara çırpılıb və alovlanıb.

Yanğınsöndürənlər yanğını söndürüb və 3 nəfərin ölümü qeydə alınıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Milli.Az