Kütləvi zəhərlənmə - Uşaq düşərgəsinin fəaliyyəti dayandırıldı

30 İyul 2023 22:36

Rusiya Federasiyasının Altay Respublikasında uşaqların kütləvi zəhərlənməsindən sonra "Dağ qartalı" uşaq sağlamlıq düşərgəsinin fəaliyyəti dayandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda infeksiyanın səbəbi araşdırılır.

Xəstəlik əlamətləri olan bütün uşaqlar xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir. Uşaqların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Düşərgədə ümumilikdə 354 uşaq dincəlib.

Milli.Az