Taliban Əfqanıstanın Herat əyalətində musiqi alətlərini yandırıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Həşti sübh" nəşri məlumat yayıb.
Məlumata görə, musiqi alətləri əyalətin müxtəlif rayonlarından toplanıb. Yerli məmurlar sakinlərə xəbərdarlıq edib ki, musiqiyə qulaq asmaq və ifa etmək haramdır, buna əməl edilməyəcəyi təqdirdə onları ağır cəza gözləyir.
Milli.Az