Zeynəb Xanlarovanın Türkan Şoraya hədiyyə etdiyi üzük - FOTO

29 İyul 2023 18:34

Türkiyəli aktrisa Türkan Şoray Xalq artisti Zeynəb Xanlarova ilə dostluqlarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "ATV səhər"ə müsahibəsində Xanlarovanın ona bağışladığı üzüyü nümayiş etdirib.

"Azərbaycana gələndə məni oteldə ziyarət etmişdi, bu üzüyü bağışladı mənə. O vaxtdan bəri bu üzüyü saxlayıram. Biz dostuq. Zeynəb Xanlarova Türkiyədə də qonağım olub" deyə, Türkan Şoray əlavə edib.

Milli.Az