İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnamə fondunun məbləği artırılıb

29 İyul 2023 12:32

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnamə fondunun məbləği artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Agentliyin nizamnamə fondunun məbləği 6 778 392 manatdan 6 783 392 manata qaldırılıb.

Milli.Az