Evliliklərinin 9-cu ilini bu foto ilə qeyd etdilər - FOTO

29 İyul 2023 14:34

Türkiyəli aktrisa Beren Saat və müğənni Kənan Doğulunun evliliklərinin doqquzuncu ili tamam olub.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə B. Saat instaqramda bildirib.

"9-cu ilimiz mübarək, mənim sevgim", - aktrisa musiqi fonunda birlikdə olduqları fotonu yerləşdirərək yazıb.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub. Onların ayrılmaları barədə zaman-zaman xəbərlər yayılsa da, heç biri təsdiqini tapmayıb.

Milli.Az