Mask “Twitter” izləyicilərini qaranlığa qərq edəcək - FOTO

29 İyul 2023 10:22

İlon Mask "Twitter"də tezliklə ancaq qaranlıq rejimin mövcud olacağını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu qərar sosial şəbəkə istifadəçiləri arasında mübahisələrə səbəb olub. Çünki bir çox istifadəçi üçün platformadan işıqlı rejimdə istifadə etmək daha rahatdır. Onlar etiraz edərək yazıblar ki, qara fonda açıq mətni oxumaq daha çətindir.

Qeyd edək ki, hazırda "Twitter" istifadəçilərin seçimindən asılı olaraq bir neçə rejim təklif edir.

Milli.Az