Əlilliyin meyarlarının sayı artırılıb - VİDEO

29 İyul 2023 17:46

Əlilliyə əsas verən meyarların sayı artırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nazirlər Kabineti "Əlilliyin müəyyən olunması meyarları"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Fatma Əsgərova bildirib ki çoxsaylı müraciətlər əsasında bu istiqamətdə yeni qaydalar tətbiq ediləcək.

Onun sözlərinə görə, yeni qərarla əlilliyə əsas verən xəstəliklərin əhatə dairəsi  genişləndirilib.

Nazirliyin əməkdaşı qeyd edib ki, əsas dəyişikliklərdən biri də şəkər xəstəliyindən əziyyət çəkən şəxslərlə bağlıdır.

Fatma Əsgərova bildirib ki, yeni qaydalar bu sahədə yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az