Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edildi

28 İyul 2023 12:20

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" və "Tahir Salahov - Xalq rəssamı" abzasları ləğv edilib.

Milli.Az