Yanğından sonra İzmir meşəsindən ürəkdağlayan mənzərələr - FOTO

29 İyul 2023 01:01

Türkiyənin İzmir şəhərində dünən günorta saatlarında naməlum səbəbdən meşəlik ərazidə baş verən və küləyin təsiri ilə ətrafa yayılan yanğın nəzarətə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı məlumat verib.

Onun sözlərinə görə, Ödəmiş və Kınık rayonlarında başlayan meşə yanğınlarının tam söndürülməsi üçün işlər davam edir.

Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyədəki meşə yanğınından ürək dağlayan görüntülər paylaşılıb. Həmin kadrları təqdim edirik.

Milli.Az