Ukraynada Brejnevin heykəli söküldü

28 İyul 2023 07:54

Ukraynanın Dnepropetrovsk vilayətinin Kamianske şəhərində Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevin abidəsi sökülüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, SSRİ-nin keçmiş lideri Leonid Brejnevin büstü mərkəzi Svoboda prospektindən götürülüb.

Bildirilir ki, memorialın Şəhər Tarixi Muzeyinə verilməsi planlaşdırılır.

Milli.Az