İyulun 27-də "Altai Avia" aviaşirkətinə məxsus Mi-8 helikopteri Rusiya Federasiyasının Altay Respublikasında Tunqur kəndinə eniş edərkən qəzaya uğrayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəza nəticəsində 6 nəfər ölüb.
Ölkənin Fövqəladə Hallar Xidməti helikoperin məftillərə dəyərək alovlandığını bildirib. Yanğın söndürülüb.
Milli.Az