Cennifer Lopez ad gününü belə qeyd etdi – Stolda rəqs - FOTO

27 İyul 2023 21:15

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez 54 yaşını qeyd edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, ifaçı 249 milyon izləyicisi olan şəxsi "Instagram" hesabında ad günündən maraqlı şəkillər paylaşıb.

54 yaşlı diva kürəyi açıq, parlaq gümüşü rəngli paltarları ilə poza verib. O, möhtəşəm bikini kombinini qara şlyapa ilə tamamlayıb.

Qeyd edək ki, müğənninin ad günündə çox yaxın dostları və ailəsi iştirak edib.

Milli.Az