Bu il 800-ə yaxın miqrant Tunis sahillərində boğulub

27 İyul 2023 21:30

Bu ilin ilk yarısında Avropaya getməyə çalışan 800-ə yaxın qeyri-qanuni miqrant Tunis sahillərində boğulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tunis Milli Jandarmının sözçüsü Houcem Eddine Jebabli AFP-yə bildirib.

"Dənizdən 789 miqrantın cəsədi çıxarılıb, onlardan 102-si tunisli, digərləri əcnəbilər və şəxsiyyəti məlum olmayan şəxslərdir", - o deyib.

Tunis rəsmisinin sözlərinə görə, 34 mindən çox insan xilas edilib.

Qeyd edək ki, Şimali Afrika ölkəsi olan Tunis tez-tez qayıqlarda təhlükəli dəniz səyahətinə cəhd edən qeyri-qanuni miqrantlar və sığınacaq axtaranlar üçün əsas qapıya çevrilib. Tunislə İtaliyanın Lampeduza adası arasındakı məsafə təxminən 130 kilometrdir.

Milli.Az