Bu sürücünün VİDEOsunu DYP-nin WhatsApp-ına göndərdilər, cərimələndi

27 İyul 2023 14:22

Hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan sürücü inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev feysbuk hesabında qeyd edib.

"050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və əllərini sükandan buraxaraq idarə edən və bununla da yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradan "Porsche" markalı 50-EM-010 nömrə nişanlı avtomobilin sürücüsü A.Zeyniyev DYP əməkdaşları tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilmişdir", -  o bildirib.

Milli.Az