Rusiyada helikopter qəzaya uğradı - 6 nəfər öldü - VİDEO

27 İyul 2023 13:35

Rusiyanın Altay Respublikasında Mi-8 helikopteri eniş edərkən elektrik xəttinə dəyərək qəzaya uğrayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində altı nəfər ölüb.

8 nəfər xəsarət alıb, onlardan 3-ü ağır vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az