Ərdoğanla azərbaycanlı polis arasında maraqlı dialoq - VİDEO - FOTO

27 İyul 2023 11:22

Türkiyədə Polis Akamdemiyasının məzun gecəsi mərasimi keçirilib.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. 

Qeyd olunub ki, mərasimə qatılan azərbaycanlı tələbə Sərxan Oruclu akademiya birincisi olub.  

Ona diplomu Prezident Ərdoğan təqdim edib. Onlar arasında maraqlı dialoq baş tutub. Ərdoğan təqdimat zamanı S.Orucludan Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmasını istəyib.

Milli.Az