"Dudaktan kalbe"nin aktyorları 14 il sonra eyni serialda

27 İyul 2023 09:34

"Dudaktan kalbe" serialının 2 baş rol ifaçısı, aktyor Burak Hakkı və aktrisa Aslı Tandoğan 14 il sonra yenidən eyni layihədə yer alacaqlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar "Üvey anne" serialında çəkiləcəklər.

Qeyd edək ki, sözügedən serialda əsas rolları Hazal Filiz Küçükköse ilə Kutsi paylaşır.

Milli.Az