Danimarkada yenə Quranı yandırmaq istədilər, polis isə şərait yaratdı - VİDEO

27 İyul 2023 07:15

Danimarkanın paytaxtı Kopenhagendə növbəti dəfə Qurani-Kərim kitabını yandırmağa cəhd edilib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.

Görüntülərə əsasən, yoldan keçən qadın Quranı aksiyanın təşkilatçısından alaraq yandırılmasına müdaxilə etmək istəsə də, polis işə qarışıb. O, qadının əlindən Quranı alaraq aksiya iştirakçısına geri qaytarıb.

Milli.Az