"Qarabağ"ın aparıcı müdafiəçisi zədələnib

27 İyul 2023 00:05

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşada "Rakuv"a qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.

Gənc oyunçu 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 2:2.

Milli.Az