Tarkan Bakıya gəlir

26 İyul 2023 21:15

Türkiyəli müğənni Tarkan Bakıya gəlir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayıb. O, tezliklə Bakıda, Almatıda və Daşkənddə konsert verəcəyini bildirib.

Paytaxtdakı "Crystal Hall"da baş tutacaq konsertin tarixi isə hələlik bəlli deyil.

Milli.Az