Erməni separatçılar özlərini ifşa etdilər - FOTO

26 İyul 2023 12:56

Qarabağda separatçıların yalanları elə özlərinin səfehliyi sayəsində işfa olunur.

Milli.Az bildirir ki, ifşa olunan növbəti təxribatçı erməni jurnalist Marut Vanyandır.

O, sosial şəbəkə hesabında paylaşım edərək, Xankəndidə aptekdə rəflərin boş olduğunu iddia edib.

Ancaq fotoya qaranlıq çalar əlavə etdikdə və yansıma əldə olunduqda həqiqət ortaya çıxıb. Belə ki, güzgünün yansımasında dolu rəflər gözə çarpıb. Bununla da erməni yalanı növbəti dəfə ifşa olub.

Milli.Az