Hacı Surxaya ağır itki

26 İyul 2023 09:10

Tanınmış ilahiyyatçı, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədliyə ağır itki üz verib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, onun qardaşı Rövşən vaxtsız vəfat edib.

Mərhum uzun müddət mədə xərçəngindən əziyyət çəkirmiş. O, Masallı rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Milli.Az