Yeniyetmə qızın başını kəsən kişi saxlanıldı

25 İyul 2023 22:09

16 yaşlı yeniyetmə qızın qətlində şübhəli bilinən şəxsi saxlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Krasnoyarskda baş verib.

Qətli törətməkdə şübhəli bilinən 34 yaşlı kişi əvvəllər də məhkum olunubmuş. Onun DNT nümunələri qızın cəsədi üzərindən əldə edilən bioloji materialla üst-üstə düşür.

Xatırladaq ki, hadisə iyulun 22-də 16 yaşlı qızın rəfiqəsi ilə gəzintiyə çıxdıqdan sonra baş verib. Daha sonra o, şəhərdən keçən Yenisey şossesinin yaxınlığındakı meşə zolağında boğazı kəsilmiş halda tapılıb.

Milli.Az