30 yaşlı müğənni şam yeməyində huşunu itirdi

25 İyul 2023 23:50

Amerikalı müğənni Tori Kelli xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 30 yaşlı ifaçı dostları ilə şam yeməyində olarkən huşunu itirib. Reanimasiya yerləşdirilən Kellinin ayaqlarında və ağciyərlərində qan laxtalandığı aşkarlanıb.

Qeyd edək ki, müğənni 5 dəfə "Qremmi" və müxtəlif məşhur mükafatlara layiq görülüb.

Daha əvvəl Hollivud ulduzu Conni Depp Budapeştdə qaldığı hotelin otağında huşsuz vəziyyətdə aşkarlanaraq xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az