Bakıda daha bir küçədə sürət həddi dəyişdirildi - FOTO

25 İyul 2023 15:56

Bakıda daha bir küçədə avtomobillərin maksimal sürət həddi endirilib.

Milli.Az Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, 25 iyul tarixindən paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Sürücülərə hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri bildirilib.

Milli.Az