"Ya çok seversen"in çəkiliş meydançasında gərginlik yaranıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işinin baş rollarını ifa edən Kərəm Bürsin və Hafsanur Sancaktutanın pərəstişkarlarının çəkilişlərə mane törətməsi olub.
Belə ki, ekran işinin rejissoru Ali Bilgin bundan narahat olub. O, bu səbəbdən işlərin gecikdiyini əsas gətirərək, çəkilişi yarımçıq qoyaraq meydançanı tərk edib.
Milli.Az