Türkiyədə güclü zəlzələ olub

25 İyul 2023 10:28

Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində dağıntı və itki olmayıb.

Yeraltı təkanlar Türkiyənin Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib.

Milli.Az