Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

25 İyul 2023 08:24

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.

Milli.Az