İzləyicisini məhkəməyə verdi

25 İyul 2023 07:45

Türkiyəli aktrisa Hazal Kaya sosial şəbəkədə onu təhqir edən izləyicisindən şikayətçi olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa məhkəmədən uzaqlaşdırma qərarının çıxarılmasını tələb edib.

Hakim Ö.T adlı şəxsdən Kaya və ailəsinin qorunmasına qərar verib.

Milli.Az