3 gündə 337 milyon gəlir əldə edən film - FOTO

24 İyul 2023 23:56

"Barbie" filmi 2023-cü ilin ən yaxşı açılış edən ekran işi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 iyuldan nümayiş olunan və baş rollarında Margot Robbie və Ryan Goslingin rol aldığı film ABŞ-də 155 milyon dollar gəlir əldə edib.

Film dünya üzrə 3 gündə 337 milyon dollar gəlir toplayıb.

Rejissor Qreta Qerviqin "Barbie" filmi onunla eyni gündə açılış edən və atom bombasının yaradılmasından bəhs edən Kristofer Nolanın "Oppenheimer" filmini də geridə qoyub.

Milli.Az