Rusiya ordusu kaset bombaları tətbiq etdi - Ölən və yaralananlar var

24 İyul 2023 23:06

Rusiya hərbçiləri Donetsk vilayətində Konstantinovka şəhərini kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

"Konstantinovkanın atəşə tutulması nəticəsində azı 7 mülki şəxs yaralanıb", - məlumatda deyilir.

Kirilenko qeyd edib ki, yaralananlar arasında 4 uşaq olub, onlardan biri sonradan dünyasını dəyişib.

Milli.Az