"Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli olub

24 İyul 2023 14:17

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Milli.Az "report"a istinadən bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda gerçəkləşəcək.

Milli.Az