Çimərlik mövsümünün olması dənizkənarı obyektlərdə göstərilən xidmətlərin qiymətini aktuallaşdırıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, çəkiliş aparılan obyektlərin adminstratorları bildirdilər ki, restoranların dənizə çıxışı olduğu üçün insanlardan girişə görə pul alınmır. Üstəlik onların özləri ilə yemək-içmək gətirməsinə də məhdudiyyət yoxdur.
"Özləri ilə yemək gətirməyənlər oradan sifariş edə bilərlər. Yeməklərin qiymətləri isə müxtəlifdir."
O da bildirildi ki, xüsusilə hava isti olduğundan təhlükəsizlik tədbirləri də artırılıb, aidiyyəti qurumlar dənizdə xoşagəlməz halların yaşanmaması üçün gücləndirilmiş iş rejmində çalışır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Çimərliklərdə hazırda qiymətlər necədir?
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az