Karateçilərimizdən Yaponiyada 5 qızıl və 1 gümüş medal

23 İyul 2023 22:09

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə tviterdə bildirib.

"22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!", - o qeyd edib.

Milli.Az