"Fatmagülün suçu ne?": Fatmagüllə Kərimin ən xoşbəxt günü - VİDEO - FOTO
9 May 2012 10:30
Fatmagül və Kərimin aylardır həyəcanla gözlədikləri toyu böyük coşqu ilə başlayır. Fəxrəddin və Kadir isə Mustafanın tutduğu adamın tapılmadığına görə qorxulu gözlənti içindədirlər. Bu arada isə Sami ilə Asu adamı tanımaq üçün toya çatmağa çalışırlar. Mustafanın Kərimi öldürməsi üçün tutduğu adam isə bütün təhlükəsizlik tədbirlərinə rəğmən Kadirgilin evinin bağçasına keçməyi bacarır. Digər tərəfdən, Kadirin iddiası ilə bağlı ifadəsi alınan Mustafa haqqındakı bütün ittihamları inkar edir.
Ətraflarındakı böyük təhlükədən xəbərsiz olan Kərim və Fatmagül isə toydan zövq alırlar. Nikah mərasimində onlar bir-birlərinə bütün ömürlərini bərabər keçirmək sözü verirlər. Həm Fatmagül, həm də Kərim həyəcanlı, gərgindirlər. Onları ən xoşbəxt günlərində daha bir çətin sınaq gözləyir.
Mustafa isə İstanbuldan gözlədiyi xəbəri ala bilmədikdə böyük ümidsizliyə qapılır.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
















