İtaliyada anomal hava: Küçələrdə buzlu çaylar əmələ gəldi

23 İyul 2023 14:58

İtaliyada anomal hava şəraiti müşahidə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin Lombardiya və Veneto bölgələrində bir neçə gün öncəki ildırım və tornadolardan sonra indi də intensiv dolu yağıb.

Təbiət hadisəsi nəticəsində əyalət şəhərlərinin küçələrində buzlu çaylar əmələ gəlib.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Milli.Az