Türkiyədə zəlzələ baş verdi

22 İyul 2023 20:44

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerin 7,05 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və təlafat barədə məlumat yoxdur.

Milli.Az