RİA Novosti-nin müxbiri Ukraynada müharibə zonasında öldü

22 İyul 2023 16:00

Rusiyanın RİA Novosti agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukraynada müharibə zonasında öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Zaporojya vilayətinin Vasilyevka şəhərindən Vladimirovka yaşayış məntəqəsinə gedən avtomobilin atəşə tutulması nəticəsində RİA Novosti-nin müharibə müxbiri Rostislav Juravlev ölüb, agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı jurnalist xəstəxanaya yerləşdirilib.

Milli.Az