Çarli Çaplinin qızı dünyasını dəyişdi

22 İyul 2023 12:12

Dünya şöhrətli aktyor Çarli Çaplinin qızı aktrisa Cozefina Çaplin 74 yaşında Fransada dünyasını dəyişib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, onun ölümüylə bağlı ailəsi bu gün məlumat yayıb.

Bildirilir ki, aktrisa iyulun 13-ü Parisdə dünyasını dəyişib.

Xatırladaq ki, C.Çaplin "Kenterberi nağılları", "Dörd muşketyor" kimi bir çox filmlərdə rol alıb.

Qeyd edək ki, Cozefina Çarli Çaplinin dördüncü arvadı Una O'Nildən olan övladıdır.

Milli.Az