Oğlu efirdə Əlikram Bayramovdan şikayət etdi - VİDEO

22 İyul 2023 13:46

Müğənni Əlikram Bayramovun oğlu Qalib atasından şikayətlənib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Xəzər Axşamı" proqramında qonaq olan ifaçı atasının tərs olduğunu, toylarda ona oxumaq üçün şərait yaratmadığını etiraf edib:

"Atam tərs adamdır. Məsələn, hərdən bir yerdə toylara düşürük, mənə yer vermir, məndən əvvəl girir".

Ə.Bayramov isə oğluna zafatyana "axşam evə getməyəcəksən, bala?" - deyə irad tutub.

Verilişdə qonaq olan meyxanaçı Orxan Lökbatanlı isə Əlikram Bayramovun məclisi idarə etmək üçün bu addımı atdığını bildirib:

"Qalib, bu söhbətlərdən sonra evə taksi ilə getməli olacaqsan. İstəyirsən, gedək bizdə qal. Əlikram müəllim professional adamdır, harda nə oxumaq lazımdır bilir. O bizdən böyükdür, sənətkardır. Oxumağı hər adam bacara bilər, amma məclisi idarə etmək çox çətindir. Mən dəfələrlə onunla birgə el şənliklərində olmuşam, bunu görmüşəm".

Həmin görüntüləri təqdim edirik.

Milli.Az